
Ukraynanın şərqində antiterror əməliyyatlarında fəal iştirak edən könüllü batalyonların bəziləri Müdafiə Nazirliyinin tərkibinə keçir.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk sosial şəbəkədəki səhifəsində bildirib.
Bunlar “Donbas”, “Dnepr-1” və “Azov” könüllü batalyonlarıdır.
“Donbas”, “Dnepr-1” və “Azov” könüllü batalyonlarının nümayəndələri Müdafiə Nazirliyinə müraciət edib. Onlar batalyonların Ukrayna ordusunun tərkibinə keçirilməsini xahiş edirlər”, - A.Danilyuk yazıb.
Qeyd edək ki, könüllü batalyonlar Ukrayna Daxili İşlər Nazirliyinin milis bölmələri əsasın yaradılıb. “Donbas” batalyonu 2 sentyabrda ağır silahlar alıb və heyətini 700 döyüşçüyə qədər genişləndirib.
Ömər Dağlı