Separatçılar Mariopula daxil olduğunu açıqladı
Bizi izləyin

Dünya

Separatçılar Mariopula daxil olduğunu açıqladı

Separatçıların diversiya qrupları və zirehli texnikası Mariopula daxil ola bilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “İnterfaks” xəbər agentliyinə açıqlamasında “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “Müdafiə Nazirliyi”ndəki mənbəyi bildirib.

Onun sözlərinə görə, hərbi texnika və diversiya qrupları artıq şəhərdədir.

Mariupolda olan jurnalisti Nikolay Lesoqor isə “İnterfaks”a açıqlamasında separatçıların hələ şəhərə daxil olmadığını bildirib. O, hərbi toqquşmaların baş vermədiyini, Ukrayna ordusu tərəfindən aviasiya və zirehli texnikadan fasilələrlə atəş açıldığını deyib.

“DXR”in hərbi qərargahından “İnterfaks”a ötən gün ərzində Mariupol ətrafında gedən döyüşlərdə Ukrayna silahlı qüvvələrinin 50-yə qədər həbçisinin öldüyü və yaralandığı bildirilir.

Ukrayna tərəfinin açıqlamalarında isə separatçıların daha çox itki verdiyi deyilir. Ukrayna antiterror güclərinin sözçüsü Leonid Matyuxin 100-dən çox separatçı və 3 qaubitsanın məhv edildiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm