İncədən sərt sözlər: “Prezidentliyi Ərdoğana hədiyyə verdik”
Bizi izləyin

Dünya

İncədən sərt sözlər: “Prezidentliyi Ərdoğana hədiyyə verdik”

CHP-nin 18-ci fövqəladə qurultayında Məhərrəm İncə çox sərt danışıb.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə namizəd Məhərrəm İncə CHP-nin 18-ci fövqəladə qurultayında çox sərt danışıb. İncə prezident seçkisi məsələsində sədr Kılıçdaroğlunu ciddi tənqid edib.

Məhərrəm “son prezident seçkisində ürəyimdə yara salan hadisəni danışım. Mən CHP funksioneri, CHP millət vəkili ola-ola televizora baxanda öyrəndim ki, prezidentliyə namizədimiz kimdir. Nə mənim, nə də 91 şəhər qərargahının sədrinin, 60 məclis üzvü, nə də hər hansı partiya üzvünün məsələdən xəbəri olub. Sadəcə, sədr bilir. Kılıçdaroğlunun yürütdüyü yanlış siyasəti ilə prezidentlik Ərdoğana hədiyyə edilib” deyib.

Sədrliyə namizəd daha sonra Türkiyədəki din, məzhəb toqquşmalarına da toxunub: “Bu gün bir addım atdıq. Bunun son dayanacağı baş nazirlikdir. Həmin vəzifəyə gəldiyimin ilk günü kəşfiyyat təşkilatındakı inanc, məzhəblə əlaqədar hazırlanmış sənədləri Taksimdə mən yandıracağam. İqtisadiyyat prioritetimiz olacaq”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm