• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Minskdə üçtərəfli əlaqə qrupunun iclası başladı

  • Dünya
  • 5 Sentyabr 2014 17:33
  • 457 Baxış
Minskdə üçtərəfli əlaqə qrupunun iclası başladı

Belarusun paytaxtı Minskdə Ukrayna problem üzrə üçtərəfli əlaqə qrupunun danışıqları başlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq” radiosu bildirib.

Görüşdə Ukraynanın ikinci prezidenti Leonid Kuçma, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Xaydi Talyavi, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumlarının rəhbərləri iştirak edirlər.

Dünən Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Donbas hövzəsində döyüş əməliyyatlarının dayandırılması haqqında əmri verməyə hazırdır. O, bunun üçün qarşı tərəfin də eyni addımı atmalı olduğunu dilə gətirib.

Dünən həmçinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumları sülh planını açıqlayıb.

Plana görə, 5 sentyabr tarixində yerli vaxtla saat 15:00-da atəşkəs rejimi tətbiq olunur və qondarma qurumların hava məkanı döyüş aviasiyasının uçuşları üçün bağlanır. Separatçı qurumlar atəşkəs şərtlərinə nəzarət funksiyasını ATƏT-in nümayəndələrinə verməyi təklif edir. Planda həmçinin uaradılacaq təhlükəsizlik zonasını 5 sektora bölünməsi, sektorların hər birində 3-4 stasionar və 2-3 postun qurulmasını, hər postda isə 40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Plana görə, 7 sentyabr saat 10:00-dan qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizləri açılmalıdır.

Müşahidəçilər qeyd edirlər ki, sözügedən təklifləri 3 sentyabr tarixində Rusiya Federasiyası prezidenti Vladimir Putinin elan etdiyi plana uyğun gəlir. Bu isə planın Moskvanın diktəsi ilə hazırlandığını deməyə əsas verir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR