NATO dayaq məntəqələrini Rusiya sərhədlərinə yaxınlaşdırır
Bizi izləyin

Dünya

NATO dayaq məntəqələrini Rusiya sərhədlərinə yaxınlaşdırır

Polşa, Rumıniya və Baltikyanı ölkələr ərazilərində NATO güclərinin dayaq məntəqələrini yerləşdirmək arzusunu ifadə edib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib.

Xatırladaq ki, NATO-nun yeddi üzvü - Estoniya, Latviya, Litva, Böyük Britaniya, Danimarka, Norveç və Niderland kollektiv operativ reaksiya qüvvələrinin yaradılması barədə razılığa gəlib. Yeni silahlı qruplaşmalar Böyük Britaniyanın rəhbərliyi altında yaxın bir neçə il ərzində yaradılacaq. Operativ reaksiya qüvvələri yeddi ölkənin quru, dəniz və hərbi-hava güclərinin bölmələrindən ibarət olacaq.

NATO-nun baş katibi qeyd edib ki, operativ reaksiya qüvvələrinin tərkibi, həmçinin təchizat və komandanlıq bazalarının yerləşdiyi yerlər hələ müəyyənləşdirilməyib.

“Həmçinin baxmaq lazımdır ki, operativ reaksiya qüvvələrinin dayaq məntəqələri yerləşəcək. Amma hazırda Polşa, Rumıniya və Baltika ölkələri dayaq məntəqələrini qəbul etmək istəyi ilə bağlı mənə müraciət edib”, - Rasmussen vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm