Kiyev separatçılarla razılığa gəldi - Müharibə dayanır
Bizi izləyin

Dünya

Kiyev separatçılarla razılığa gəldi - Müharibə dayanır

Ukrayna hökuməti ilə separatçılar arasında Belarusun paytaxtında atəşin dayandırılması haqqında protokol imzalanıb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun “tvitter” səhifəsində bildirilib.

Razılaşmanın detalları haqqında məlumat verilməyib.

Dünən “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumları sülh planını açıqlayıb.

Plana görə, 5 sentyabr tarixində yerli vaxtla saat 15:00-da atəşkəs rejimi tətbiq olunur və qondarma qurumların hava məkanı döyüş aviasiyasının uçuşları üçün bağlanır. Separatçı qurumlar atəşkəs şərtlərinə nəzarət funksiyasını ATƏT-in nümayəndələrinə verməyi təklif edir. Planda həmçinin yaradılacaq təhlükəsizlik zonasını 5 sektora bölünməsi, sektorların hər birində 3-4 stasionar və 2-3 postun qurulmasını, hər postda isə 40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Plana görə, 7 sentyabr saat 10:00-dan qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizləri açılmalıdır.

Müşahidəçilər qeyd edirlər ki, sözügedən təklifləri 3 sentyabr tarixində Rusiya Federasiyası prezidenti Vladimir Putinin elan etdiyi plana uyğun gəlir. Bu isə planın Moskvanın diktəsin ilə hazırlandığını deməyə əsas verir.

Qeyd edək ki, razılaşma üçtərəfli əlaqə qrupunun iclasında əldə olunub. Görüşdə Ukraynanın ikinci prezidenti Leonid Kuçma, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Xaydi Talyavi, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumlarının rəhbərləri iştirak edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm