Restorandan etriaz: “Ruslara xidmət etmirik”
Bizi izləyin

Dünya

Restorandan etriaz: “Ruslara xidmət etmirik”

“Ruslara xidmət etmirik”. Belə bir yazı Polşada Sopot şəhəri yaxınlığındakı restoranların birinin giriş qapısına vurulub.

Restoran sahibi Yan Xermanoviç bunu Rusiyanın Ukraynada törətdikləri son hadisələrlə əlaqələndirib və Avromaydanı dəstəklədiyini bildirib.

Yan Xermenoviç həmçinin bildirib ki, o, hələ SSRİ zamanında iki il antisovet təbliğat apardığına görə həbsxanada yatmalı olub.

“İnterfax”ın məlumatına görə, Sopot şəhərinin meri hadisədən xəbərdar olduğunu və restoran sahibini həmin xəbərdarlıq lövhəsini çıxarmaq üçün yola gətirəcəyini bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm