• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Zorlayır, döyür, satırdılar..”- FOTO

  • Dünya
  • 5 Sentyabr 2014 20:47
  • 2 036 Baxış
“Zorlayır, döyür, satırdılar..”- FOTO

İraqın şimalında və Suriyada geniş əraziləri nəzarətində saxlayan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı həmin ərazilərdə sərt repressiya rejimi yaradıb. Xüsusən, bölgənin tarixi sakinləri – yezidi kürdlərinə qarşı İŞİD-in yol verdiyi amansızlıqlar xeyli müddətdir dünya ictimaiyyətini narahat edir.

Modern.az saytı xəbər verir ki, İŞİD girovluğundan təsadüf nəticəsində qaça bilən 14 yaşlı yezidi qızı başına gələn faciələri İngiltərənin “Daily Mail” qəzetinə danışıb.

Adı Abedu Şaker olan yeniyetmə qızın sözlərinə görə, onun 25 nəfərdən ibarət ailəsi Şimali İraqın Sincar vilayətindəki yezidi kəndlərdən birində yaşayıb. Kəndə hücum zamanı sakinlərin əksəriyyəti yaxınlıqdakı meşəyə doğru qaçsalar da, onların əksəriyyətini İŞİD-çilər tutub.

Şakerin sözlərinə görə, öncə dini radikallar girovlara heç nə etməyəcəklərinə dair söz veriblər. Sadəcə olaraq, zinət əşyalarını, pulları və məişət texnikasını müsadirə ediblər. Lakin sonra girovlar yük maşınına mindirilərək yaxlınlıqdakı polis bölməsinə gətiriliblər.

Yezidi qızın sözlərinə görə, girovluğun ilk gecəsi onları nə gözlədiyini bilmədikləri üçün qorxu içində olublar. Səhər onlar Mosul yaxınlığındakı Boduş həbsxanasına gətiriliblər. Şakerin sözlərinə görə, girovlar əsasən qadın və uşaqdan ibarət olmaqla 73 nəfər olub. Yaşlılar və uşaqlar əsas qrupdan ayrılaraq naməlum istiqamətə aparılıb.

Sonra gənc qadınlar ilk növbədə zorlanıb, döyülüb, sonradan isə qul bazarında satışa çıxarılıblar. Döyüşçülər hər girov qız üçün 10 dollar qiymət qoyublar. Döyüşçülərə ərə verilmək üçün nəzərdə tutulan qızlar, o cümlədən Abedu Şaker zorlanmaya məruz qalmayıb.

O əlavə edir ki, girovluqda onu anasından ayıraraq Suriya ilə sərhəddə yerləşən Rabiyə şəhərinə gətiriblər. Buradakı evlərdən birində o daha bir tanımadığı qızla birlikdə saxlanılıb. Yezidi qızının sözlərinə görə, onları 5 silahlı döyüşçü mühafizə edib. Təsadüfən döyüşçülərdən birinin mobil telefonuna zəng gəlir və onların 5-i də silahını götürərək evi tərk edirlər. Nəzarətsiz qalan Abedu Şakrr döyüşüçlərdən brinin qoyub getdiyi mobil telefonu götürərək öz qardaşı Samirə zəng edir. İŞİD girovluğuna düşməyən qardaşı ona yaxınlıqdakı evlərin sakinlərindən yardım istəməyi və radikallara qarşı vuruşan kürd doşunlarının mövqelərinə doğru gəlmələrini məsləhət görür. Girovlar ərazidəki dinc sakinlərin köməyi ilə tezliklə özlərini soydaşlarının yanına çatdıra bilirlər.

“Bir neçə saat dayanmadan getmişik. Heç bir dəfə olsun arxamıza baxmamışıq. Hərbi formada döyüşçüləri görəndə özümüzü azad və xoşbəxt hiss etdik”, - deyə Şaker bildirib. O bu vaxt ərzində 2 qardaşını tapa bilsə də, ailəsinin 22 üzvü barədə hələ ki heç bir məlumat ala bilməyib.

Xatırladaq ki, qadınların girov götürülərək seksual istismara məruz qalması və zorla ərə verilməsini ilk dəfə Nigeriyada dini dövlət qurmaq üğrunda mübarizə aparan “Boka Haram” qruplaşması həyata keçirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR