CHP-nin yeni sədri seçildi
Bizi izləyin

Dünya

CHP-nin yeni sədri seçildi

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 18-ci fövqəladə qurultayında hazırkı sədr Kamal Kılıçdaroğlu yenidən partiya sədri seçilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kılıçdaroğlu 740 səslə kreslosunu qorumağı bacarıb.

K.Kılıçdaroğlu beləliklə üçüncü dəfə CHP sədri seçilmiş oldu. Ancaq onun rəqibi Murarrem İncenin aldığı səslər qarışıqlıq yaratdı. Kılıcdaroğlunun 900-dən çox səs toplaması gözlənilirdi. Çünki CHP lideri 944 nümayəndənin imzası ilə namizəd göstərilmişdi. Bu nəticələrə görə, Kılıçdaroğlunu namizəd göstərən nümayəndələrin 204-ü seçkilərdə Muharrem İncenin lehinə səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm