• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Taliban NATO-ya nota verdi

  • Dünya
  • 5 Sentyabr 2014 21:58
  • 488 Baxış
Taliban NATO-ya nota verdi

Taliban təşkilatı NATO sammitinə qatılan liderlərdən Əfqanıstanın işğalına son qoymalarını tələb edib.

Axar.az xəbər verir ki, təşkilat verdiyi açıqlamada Əfqanıstandakı mövcud problemlərin aradan qaldırılması üçün işğalın dayandırılmasını tələb edib.

İnsanın azad yaradıldığı, bu səbəblə də azad yaşamaq haqqına sahib olduğu qeyd olunan şərhdə hərbi əməliyyatlarla məsələnin həll olunmayacağı bildirilib: “Heç bir millət azad bir milləti güc vasitəsi ilə nəzarət altına ala bilməz. Sizin 13 illik işğalınız bizim üçün rüsvayçılıqdır”.

Başda ABŞ olmaq üzrə NATO-nun Əfqanıstandakı missiyasında müvəffəqiyyətsiz olduğuna toxunulan şərhdə bunlar qeyd edilib: “Taliban Əfqanıstan xalqının azad iradəsilə mübarizəyə davam edən bir hərəkatdır. Bu səbəblə xalqın dərdini və çətinliklərini ən yaxşı şəkildə anlayacaq da Talibandır. Xarici qüvvələr isə Əfqanıstan xalqının azad iradəsini əllərindən alaraq, hər kəsi aldatmaqla prezident seçkiləri keçirdi. Bu seçkilər əfqan xalqını daha da bataqlığa yuvarladı. NATO zirvəsinə qatılan liderlərdən ölkədəki işğala son verilməsi üçün doğru addımlar atmasını tələb edirik”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR