"Lukoyl" sanksiyaladan kənarda qaldı
Bizi izləyin

Dünya

"Lukoyl" sanksiyaladan kənarda qaldı

Avropa İttifaqının yeni sanksiyaları Rusiyanın neft şirkətlərini hədəfə alıb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” (Financial Times) informasiya yayıb.

Məlumatda həmin sanksiyaların yalnız 1 trilyon rubldan yuxarı aktivləri olan dövlət şirkətlərinə aid edildiyi bildirilir. Bu meyarlara əsasən, "Rosneft", "Qazprom neft", həmçinin, dünyanın ən böyük neft kəməri şirkəti olan "Transneft"ə də sanksiyalar aid ediləcək.

Qeyd edək ki, “Lukoyl” və “Surqutnefteqaz” şirkətləri özəl əmlak olduğundan onlara sanksiyalar aid edilməyəcək.

Onu da xatırladaq ki, “Lukoyl” azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm