Kiyev ilə separatçılar arasında internet-konfrans keçiriləcək
Bizi izləyin

Dünya

Kiyev ilə separatçılar arasında internet-konfrans keçiriləcək

Ukrayna hakimiyyəti ilə Donetsk və Luqansk “xalq respublikaları”nın" rəhbərliyi arasında 8 sentyabr tarixində internet-konfransı keçiriləcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə İTAR-TASS xəbər agaentliyinə Minskdə üçtərəfli əlaqə qrupunun iclasında iştirak edən mənbə bildirib.

Mənbə qeyd edib ki, internet-konfransda əsirlərin mübadiləsi məsələləri müzakirə ediləcək. “Düşünürəm ki, bu danışıqlarda hərbi əsirlərin mübadiləsi ilə bağlı konkret qərarlar qəbul ediləcək”, - o, deyib.

İnternet-konfransda həmçinin humanitar yardım üçün dəhlizlər və yardım məntəqələrinin yaradılmasının müzakirə olunacağı planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm