• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

NATO Krımdan geri çəkilməyi tələb etdi

  • Dünya
  • 6 Sentyabr 2014 00:29
  • 452 Baxış
NATO Krımdan geri çəkilməyi tələb etdi

“NATO Rusiyanın Ukraynaya müdaxiləsini pisləyir və Rusiyaya qarşı sanksiyaları dəstəkləyir”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Uels sammitində yekun bəyanatının Ukraynaya həsr olunmuş hissəsində deyilir.

“Rusiyanı hərbi qruplaşmaları Ukrayna ərazisinən çıxarmağı çağırırıq. Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün pozulması beynəlxalq qanunların ciddi pozuntusudur və avroatlantik məkanın təhlükəsizliyi üçün ən böyük çağırışdır", - sənəddə deyilir.

Bəyanatda qeyd olunub ki, NATO üzvləri Krımın qanunsuz şəkildə Rusiya birləşdirilməsini tanımır və bundan sonra da tanımayacaqlar: “Biz tələb edirik ki, Rusiya beynəlxalq qanun və öz beynəlxalq öhdəliklərinə uyğun hərəkət etsin. Biz Rusiyadan Krımın qanunsuz işğalına son qoymasını, Ukraynaya qarşı təcavüzkar hərəkətlərdən çəkinməyi, qoşunlarını Ukraynadan çıxarmağı və bu ölkənin ərazisinə silah çatdırılmasını dayandırmağı tələb edirik”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR