Türklər Krıma sərmayə qoyacaq
Bizi izləyin

Dünya

Türklər Krıma sərmayə qoyacaq

“Türk investorlar Krımda sənaye parklarının inkişafı, enerji, inşaat və turizm sahəsinə investisiya qoymaq istəyirlər”.

Axar.az xəbər verir ki, bu barədə Krım İqtisadi İnkişaf naziri Svetlana Verba jurnalistlərə açıqlamasında deyib. O, Krım hökumətinin Türkiyə, Çin, Fransa və israilli iş adamları ilə yarımadaya investisiya qoyulması mövzusunda danışıqlar apardıqlarını söyləyib. Onun sözlərinə görə artıq türk investorlar Krıma sərmayə qoymağa hazırdırlar.

İş adamlarını Krım və Sevastapola cəlb etmək üçün yeni qanun layihəsi hazırladıqlarını deyən nazir qanunda investorlar üçün 5 il gəlir, 10 il isə əmlak vergisindən azad edilmənin əks olunduğunu bildirib.

Svetlana Verba qanun layihəsinin 25 ili əhatə etdiyini və Rusiya Federasiyası Hökuməti tərəfindən araşdırıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm