Qadınlar Yaponiya hökumətinin reytinqini qaldırdı
Bizi izləyin

Dünya

Qadınlar Yaponiya hökumətinin reytinqini qaldırdı

Yaponiya Nazirlər Kabinetinə beş qadının daxil edilməsini sorğuya cəlb edilənlərin 67 %-i dəstəkləyib. İndiyə qədər Yaponiyada qadınların belə yüksək faizlə iştirakına yalnız 2001-ci ildə Baş nazir Dzünitiro Koidzuminin dövründə rast gəlinib.

Axar.az Yaponiyanın “İomiuri” qəzetinin keçrdiyi ictimai rəy sorğusunun nəticələrinə istinadən bildirir ki, sentyabrın 3-də Baş nazir Sindzo Abenin Nazirlər Kabinetinin tərkibində etdiyi dəyişikliklərdən sonra hökumətin reytinqi birdən-birə kəskin qalxıb. “İomiuri”nin yazdığına görə, bu 1978-ci ildən bu yana qəzetin keçirdiyi uyğun nəticələrin sorğularının hökumətin lehinə ən yüksək göstəricisidir.

Hakim nazir postlarında köhnə nazirlərin qalması da – təsadüfən onların hamısı həm də Baş nazirin yaxın dostları və tərəfdarlarıdır – yüksək qiymətləndirilərək sorğu iştirakçılarının 62 %-nin rəğbətini qazanıb.

Xatırladaq ki, Abe çərşənbə günü 12 yeni nazir təyin edib. Yeni təyin olunan nazirlərdən beşi xanımdır, altı nazir isə köhnə postlarında saxlanılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm