Obamaya məktub: ”Siz maskalanmış qırğısız”
Bizi izləyin

Dünya

Obamaya məktub: ”Siz maskalanmış qırğısız”

Rusiyanın sabiq Baş naziri və bu ölkənin Hesablama Palatasının keçmiş rəhbəri Sergey Stepaşin Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Barak Obamaya göndərdiyi məktubda onu 2009-cu ildə aldığı Nobel mükafatından imtina etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Newsru.com” saytı məlumat yayıb. Stepaşin deyib ki, əslində bu mükafata sülh yaradan şəxslər layiq görülməlidir:

“Bu mükafatın dəyərini gözdən salmamaq üçün qənaətimcə, siz ondan imtina etməlisiniz. Çünki Nobel mükafatına sülh yaradan şəxslər layiq görülməlidir. Siz isə maskalanmış əsl qırğısınız, hansı ki, soyuq müharibənin başlanmasına səy göstərirsiniz”.

Göndərdiyi məktubda daha sonra Stepaşin ABŞ dövlət başçısını Yaxın Şərq, Liviya və Əfqanıstanda tökülən qanlarda təqsirli bilib. Xatırladaq ki, bir müddət öncə Rusiya Liberal Demokrat Partiyasının qalmaqallı sədri Vladimir Jirinovski də eyni təkliflə çıxış etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm