• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

BMT-dən Ebola həyəcanı

  • Dünya
  • 6 Sentyabr 2014 09:45
  • 422 Baxış
BMT-dən Ebola həyəcanı

Birləşmiş Millətlər Təşkilatı Ebola ilə bağlı Böhran Mərkəzi yaradacaq. Artıq səfərbərlik elan edilib və Mərkəzin yaradılması üçün 600 milyon dollar tələb edilir. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Baş katibi Pan Ki Mun açıqlamasında deyib.

O, Ebola xəstəliyinin çox sürətli yayılması ilə bağlı xəbərdarlıq edərək beynəlxalq cəmiyyətdən BMT-nin səylərinə dəstək verməsini istədi.

Baş katib Pan Ki Mun Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, UNICEF başda olmaqla BMT təşkilatlarının nümayəndələri ilə Qərbi Afrikadakı Ebola epidemiyası ilə mübarizə strategiyasını müəyyənləşdirmək üçün toplantı keçirib.

Yığıncağın ardından jurnalistlərə qərarı şərh edən baş katib beynəlxalq yardım çağırışı etmək üçün bir yerə gəldiklərini qeyd edərək, Ebola xəstəliyinin çox sürətli yayıldığını deyib.

“Epidemiyanın yayılmasına qarşı həyata keçirilən tədbirlər xəstəliyin yayılma sürətinə çata bilmir. Epidemiyanın nəzarət altına alına bilməməsi səbəbindən narahatlıq daha da artır. Xəstəlik milyonlarla insan üçün iqtisadi və ictimai bir sınağa çevrilir”.

Yaxın bir neçə həftənin həyati əhəmiyyətdə olduğunu ifadə edən Pan Ki Mun Qərbi Afrikadakı insanların beynəlxalq cəmiyyətin dəstəyinin lazımlılığını ifadə edərək, bölgədə daha çox həkim, tibb bacısı, yataq və tibbi vəsaitə ehtiyac olduğunu vurğulayıb.

Ebolanın keçmişdə olduğu kimi, bu gün də nəzarət altına alına biləcəyini ifadə edən Baş katib bu məqsədlə beynəlxalq cəmiyyətdən Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı yol xəritəsinə 600 milyon dollar qatqı təmin etməsini istədi.

Bu epidemiya ilə mübarizə məqsədiylə Ebola Böhran Mərkəzi yaradılmasına qərar verdiklərini izah edən Pan Ki Mun bildirib ki, məqsəd epidemiyanın qeydə alındığı ölkələrdə 6-9 ay ərzində xəstəliyin yayılmasının və digər bölgələrə keçməsinin qarşısını almaqdır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR