Kiyev İsrailin aldığı köməyi ABŞ-dan ala biləcək
Bizi izləyin

Dünya

Kiyev İsrailin aldığı köməyi ABŞ-dan ala biləcək

NATO-nun “xüsusi partnyor” statusu Ukraynaya İsrailin ABŞ-dan aldığı yardımı almağa imkan verəcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Yevgeni Perebiynis “112 Ukrayna” telekanalının efirində bildirib.

Y.Perebiynis “xüsusi partnyor” statusu və Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmanın icrasına faktiki olaraq bütün nazirliklər, həmçinin özəl sektor cəlb ediləcək. NATO-nun Uels sammitində Ukraynanın ittifaqla əməkdaşlığın dərinləşməsi istiqamətində əhəmiyyətli addım atdığını deyən nazirlik sözçüsü Kiyevin üzərinə götürdüyü öhdəliklərin icrasının onu təşkilatın üzvlüyünə yaxınlaşdıra biləcəyini deyib.

NATO-nun “xüsusi partnyor”u alyansa faktiki üzv olmadan ən yüksək status sayılır. Bu həm də o deməkdir ki, NATO həmin ölkələrlə kəşfiyyat, təlimlərin hazırlanması və çevik reaksiya qüvvələrinin təlimlərində iştirak kimi sahələrdə daha geniş əməkdaşlıq üçün öz qapılarını açır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm