Ərdoğan Obamaya: “Bağdada silah vermə!”
Bizi izləyin

Dünya

Ərdoğan Obamaya: “Bağdada silah vermə!”

ABŞ-lı həmkarı ilə 16 aydan sonra görüşən Türkiyə prezidenti Ərdoğan ona çox ciddi xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Obama ilə 16 aydan sonra görüşən Türkiyə prezidenti Ərdoğan onu rəsmi Bağdada silah dəstəyi verməsinə qarşı olduğunu bildirib.

Ərdoğan “dünən Bağdada verdiyiniz silahlar bu gün İŞİD-in (İraq Şam İslam Dövləti) əlindədir” deyib.

Prezident Türkiyənin terror problemini həll etmək yolunda olduğunu xatırladaraq “silahlar çevrilib bizim həll prosesimizi vura, bölgədə məzhəb toqquşmaları daha da şiddətlənə bilər” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm