KXDR cənubluları ballistik raketlərlə təbrik etdi
Bizi izləyin

Dünya

KXDR cənubluları ballistik raketlərlə təbrik etdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə üç raket buraxıb.

Publika.az-ın verdiyi xəbərə görə, BBC-yə bu barədə Cənubi Koreya hakimiyyətindən bildirilib.

Qeyd olunur ki, Şimali Koreya öz sahillərindən şərq istiqamətinə kiçikmənzilli üç ballistik raket buraxıb. BBC hadisənin Cənubi Koreyada keçirilən ənənəvi bayram ərəfəsində olduğunu yazıb. Belə ki, sentyabrın 8-də Cənubi Koreyanın ənənəvi bayramı sayılan Çxusok bayramı keçiriləcək.

Rəsmi Pxenyan Sarı dənizdə ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərindən narazıdır. KXDR təlimlərin onun təhlükəsizliyinə təhdid olduğunu bildirir.

Seulun məlumatına görə, KXDR bu il ərzində Yapon dənizinə 111 raket atıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm