Qərbin sanksiyaları Ermənistanı inqilaba aparır
Bizi izləyin

Dünya

Qərbin sanksiyaları Ermənistanı inqilaba aparır

Ermənistanın iri kimya zavodu “Nairit”in işçiləri tələblərinin yerinə yetirilməyəcəyi halda vətəndaş itaətsizliyi aksiyalarına başlayacaqlar.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə zavodun işçiləri İrəvanda keçirdiyi etiraz aksiyasında bildiriblər.

Ermənistan Nazirlər Kabineti qarşısında etriraz aksiyası keçirən “Nairit” zavodunun işçilərinin tələbi isə maaşlarının ödənilməsidir. Onların sözlrinə görə, artıq 18 aydır ki, maaş almırlar. Bir ay əvvəl isə onları inandırıblar ki, borcları avqustun sonuna kimi ödəniləcək.

Hakimiyyət nümayəndələrinin bütün cavabları etiraz iştirakçılarını təmin etməyib. Zavod işçilərinin tələbinə baxmayaraq, baş nazir Ovik Abramyan onların qarşısına çıxmayıb. Bundan sonra isə “Nairit” zavodunun Həmkarlar İttifaqının sədri Qraç Tadevosyan O.Abramyana məktub göndərməyi təklif edib və onun təklifi qəbul edilib.

Kimya zavodunun problemlərlə qarşılaşmasının əsas səbəbi isə Rusiyadan söz verilən sərmayələrin olmamasıdır. Rusiyanın zavoda sərmayə qoymaq fikrində olan “Rosneft” şirkətindən isə hələlik heç bir informasiya yoxdur. Ermənistanın energetika və təbii resurslar naziri Yervand Zaxaryan isə söz verilən sərmayənin verilməməsini “Rosneft”in Qərbin sanksiyalarına məruz qalması ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, kimya zavodu hazırda fəaliyyətini dayandırıb. “Rosneft” şirkəti ilə bağlanan müqavilədən sonra isə Ermənistan hökumətində müəssisənin yenidən fəaliyyətə başlamasına ümidlər oyatmışdı. Belə ki, iki ölkə arasında razılıq bu il fevral ayının 24-də Rusiya baş naziri Dmitri Medvedevlə Ermənistan baş naziri Tiqran Sarkisyanın Şoçidəki görüşündə əldə olunub. T.Sarkisyan “Rosneft” şirkətinin Ermənistanın “Nairit” zavoduna təxminən 500 milyon dollar sərmayə qoyduğunu bildirmişdi.

Y.Zaxaryan söz verib ki, “Nairit”in işçiləri bir ay ərzində əmək haqqını alacaqlar.

Zavod işçilərinin bundan əvvəlki etiraz aksiyası 10 iyulda keçirilmişdi. Həmin vaxt onlara zavodun taleyinin 15 sentyabra qədər həll ediləcəyi və bir ay ərzində əmək haqqının ödəniləcəyi deyilmişdi.

Qeyd edək ki, “Nairit” zavodu “Rhiniville Property Limited” şirkətinə məxsusdur. 2008-ci il maliyyə böhranına tab gətirməyən zavod həmin ilin dekabrında fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Zavod 2009-cu ilin aprelində yenidən işi başlasa da, 2010-cu ilin aprelində bağlanıb. Bu ilin fevral ayında “Nairit”in nümayəndələri "Rosneft” şirkətinə verilməsi ilə bağlı danışıqlara başlamışdılar. Yuxarıda da qeyd etdiyimiz kimi, zavoda 500 milyon dollar sərmayənin qoyulması barədə razılıq əldə olunmuş, lakin Qərbin sanksiyaları rus şirkətinə bunu etməyə imkan verməyib.

Zavod işçiləri növbəti etiraz aksiyasını prezident administrasiyası qarşısında keçirməyi planlaşdırırlar.

Xatırladaq ki, kimya zavodunun “Rosneft” şirkətinə verilməsi xəbəri Ermənistan parlamentində qarşıdurma yaratmışdı.

"Baş nazir Tiqran Sarkisyana və energetika naziri Armen Movsisyana qarşı cinayət işi qaldırıb hər birinə 100 il həbs cəzası kəsmək lazımdır. Məgər “Nairit”in 40 milyon dollar borcunu heç cürə ödəmək mümkün deyil? Buna görə müəssisəni satmaq lazımdır? Zavodun böyük ərazisində pomidor-xiyar əkməklə borcları vermək olar. Bəlkə istehsalı bərpa edək? Kim sizə icazə verib ki, ölkə üçün vacib olan müəssəsəni satasınız?

“ArmRosqazprom”un səhmlərinin 20 faizini, hidroenergetika aktivlərini kim satdı?”- Ermənistan parlamentində müxalifətçi Erməni Milli Konqresinin fraksiya rəhbəri Aram Manukyan bildirmişdi.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm