Yollar buzladı, dərslər təxirə salındı
Bizi izləyin

Dünya

Yollar buzladı, dərslər təxirə salındı

Ötən həftənin sonlarından başlayan güclü qar, çovğun və şaxta İranda paytaxt Tehranla yanaşı, 20 əyalətdə məktəblərdə bu gün də dərslərin təxirə salınmasına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Güclü qar səbəbindən Tehran, Əlborz, Həmədan, Kirman, Mərkəzi Lorestan, Kürdistan, Kirmanşah, İsfahan, Yəzd, Qum, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Qəzvin, Zəncan, Xorasan-e Rəzəvi, Xorasan-e Cənubi, Gilan, Gülüstan və Mazandaran əyalətlərində məktəblər bağlanıb.

Məlumata əsasən, adları qeyd olunan əyalətlərdə yağıntılar hələ də davam edir. Sürüşkən yollar və pis görünmə dərəcəsi bəzi magistral yollarda, xüsusi ilə dağlıq ərazilərdə gediş-gəlişin məhdudlaşdırılmasına səbəb olub.

Gilan və Mazandaran əyalətlərində güclü qar və çovğun nəticəsində çox sayda kəndlərin yolları bağlanıb. Bəzi bölgələrdə əhaliyə elektrik enerjisi və qazın verilməsində problemlər yaranıb. Mazandaran əyalətində yollarda qalan insanlara yardım etmək üçün paytaxt Tehrandan əlavə qüvvə və texnikalar cəlb olunub.

İranın Kirman əyalətində güclü qar bir sıra uçuşların təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, fevralın 2-də də (İranda istirahət günü cümə günüdür) ölkənin 17 əyalətində güclü qar və sürüşkən yollar səbəbindən uşaq bağçaları, məktəblər və peşə məktəbləri səhər növbəsi ərzində müvəqqəti bağlı idi.

Həftənin sonunadək İranın bir çox bölgələrində havanın qarlı və şaxtalı olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm