Poroşenko Putinin “geri çəkil” tələbinə cavab verdi
Bizi izləyin

Dünya

Poroşenko Putinin “geri çəkil” tələbinə cavab verdi

“Biz bu əraziləri tərk etməyəcəyik. Çünki söhbət bizim ərazilərimizdən gedir”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko “Yespreso.TV” kanalına açıqlamasında deyib.

Ukrayna dövlət başçısı Ukrayna qoşunlarının öz mövqelərində qalacağını və geri çəkilməyə hazırlaşmadığını deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən açıqlanan sülh planında Ukrayna ordusunun Luqansk və Donetsk vilayətlərində geri çəkilməsi məsələsi qoyulub.

P.Poroşenkonun 14 bəndlik sülh planının açıqlandığı vaxt separatçılar Donetsk və Luqansk vilayətlərinin əhəmiyyətli hissəsini nəzarətdə saxlayırdı. Uğurlu antiterror əməliyyatları keçirən Ukrayna ordusu separatçıları geniş ərazilərdə geri çəkilməyə məcbur edib.

“Hazırda separatçıların nəzarətindəki ərazilərin üçdə ikisi geri qaytarılıb. Bu, şübhəsiz ki, Ukrayna Silahlı Qüvvələrinin müvəffəqiyyətidir. Ukrayna ordusu geri çəkilmək niyyətində deyil”, - Poroşenko vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm