ABŞ-da təyyarə həyəcanı
Bizi izləyin

Dünya

ABŞ-da təyyarə həyəcanı

ABŞ-da Nyu Yorkdan Floridaya getməli olan təyyarə istiqamətini dəyişərək Kubaya doğru uçub.

Axar.az xəbər verir ki, Socata TBM-700 tipli təyyarə heç bir çağırışa cavab verməyib. Bundan sonra ABŞ Hava Qüvvələri həyəcan təbili çalıb. ABŞ-a məxsus iki F-15 qırıcısı Atlantik okeanı səmalarında təyyarənin axtarışına başlayıb.

Təyyarə Kuba hava məkanının yaxınlığında müəyyən edilib. Kuba hava məkanına girən təyyarə çağırışların heç birinə cavab verməyib.

Təyyarə bir neçə saat sonra Yamaykada eniş edib.

Qeyd edək ki, sözügedən təyyarə 6 nəfər sərnişin daşıma qabiliyyətinə malikdir. Təyyarədə pilotlardan başqa sərnişinlərin olub-olmadığı məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm