Amerikalı idmançı rinqə separatçıların himni altında çıxdı
Bizi izləyin

Dünya

Amerikalı idmançı rinqə separatçıların himni altında çıxdı

Qaydasız döyüş üzrə Amerika idmançısı Ceff Monson inanılmaz addım ataraq rinqə qondarma Donbas Xalq Respublikasının himni altında çıxıb.

Axar.az-ın Pravda.ru-ya istinadən verdiyi xəbərə görə, o, donbaslıların Rusiyanın tərkibində yaşamaq istəyi ilə həmrəy olduğunu açıqlayıb.

Qeyd edək ki, Monson qaydasız döyüş üzrə Mordova Respublikasında təşkil olunan beynəlxalq turnirdə rinqə Rusiya himni altında çıxmalıydı. Lakin o, gözlənilmədən qərarını dəyişib və tatamiyə DXR-in himni altında çıxıb.

İdmançı qərarını belə izah edib:

“Bəli, mənim Donbasın himnini seçməkdə səbəb bu bölgənin sakinlərinin Rusiyanın tərkibində yaşamaq istəkləridir. Təəssüf ki, siyasətçilər buna mane olurlar. Ukrayna və Rusiya əhalisi qardaş xalqlardır. Donbas sakinləri öz seçimini ediblər və mən bu qərarla həmrəyəm”.

Xatırladaq ki, Monson iki ölkə arasında yaranan gərginliyə də təəssüf etdiyni bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm