Moskvanın ən uca nöqtəsinə Ukrayna bayrağı asan mükafatlandırıldı
Bizi izləyin

Dünya

Moskvanın ən uca nöqtəsinə Ukrayna bayrağı asan mükafatlandırıldı

ABŞ biznesmeni Semyon Dukaç Moskvada Kotelniçeskaya sahilindəki Stalin təpəciyi adlanan göydələnlərin birinin başına Ukrayna bayrağı asan rufer Mustanqa 10 min dollar mükafat verib.

Söhbət “The Troublemaker Award” mükafatından gedir. “The Troublemaker Award” mükafatının birinci laureatı kreasionizmin tədrisinə qarşı 78 nobel laureatının çıxışını təşkil etmiş ABŞ-lı tələbə Zak Koppin olub. 2013-cü ildə mükafatı “Pussy Riot” pank-qrupundan

Nadejda Tolokonnikova alıb.

Xatırladaq ki, "Pussy Riot" pank-qrupunun üzvləri Moskvanın əsas kilsəsində Kreml əleyhinə aksiya keçirdiklərinə görə həbs edilmiş, onların həbsi beynəlxalq insan haqları müdafiəçilərinin etirazına səbəb olmuşdu.

"Pussy Riot"un lideri Nadejda Tolokonnikova Rusiyanın Ukraynaya açıq təcavüz etdiyini bildirimişdi: “Krımdakı hadisələrə işgaldan başqa bir ad vermək olmaz. Rusiya 1968-ci ildə SSRI-nin Çexoslovakiyada elədiyini təkrarlayır. O zaman Moskvada sadəcə 80 nəfər etiraz aksiyasına çıxmışdı. İndi isə bu qədər insan iştirak edirsə, inanıram ki, dəyişiklik olacaq. Krımdakı referendum isə qanunsuzdur. Çünkü o silahlar altında keçiriləcək”. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm