Qatilov dünyanı hədələdi: “Heç kim buna risk etməz”
Bizi izləyin

Dünya

Qatilov dünyanı hədələdi: “Heç kim buna risk etməz”

“BMT Təhlükəsizlik Şurasından Rusiyanın çıxarılması və ya veto hüququndan məhrum edilməsi ilə bağlı heç bir prosedur yoxdur”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Gennadi Qatilov çıxış edib.

O, heç kimin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasından çıxarmağa risk etməyəcəyini deyib:

“Bununla bağlı heç bir prosedur yoxdur. Bu məsələyə gorə səslənən fikirlərin hamısı boş siyasi deklorasiyadır. BMT-nin Nizamnaməsində Təhlükəsizlik Şurasının tərkibi və onun üzvlərinin səlahiyyətləri aydın müəyyən edilib. Bu barədə danışmaq üçün BMT Nizamnaməsini dəyişdirmək lazımdır. Bu isə demək olar ki, mümkün deyil və heç kim buna risk etməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm