Çörək sexinə zərbə - 25 ölü
Bizi izləyin

Dünya

Çörək sexinə zərbə - 25 ölü

Suriya Hərbi-Hava Qüvvələrinin “İslam Dövləti” qruplaşmasının nəzarətindəki Rakka şəhərində fəaliyyət göstərən çörək sexinə zərbə endirməsi nəticəsində azı 25 nəfər ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suriya aviasiyasının hücumu nəticəsində ölənlərdən 8-i dinc sakinlərdir.

Məlumata görə, aviasiyanın zərbəsi çörək sexi yerləşdiyi binaya endirilib. Bu binada şəriət məhkəmələrinin keçirildiyi və terrorçuların təlim düşərgəsinin yerləşdiyi bildirilir.

Ölənlərinin əksəriyyətinin çörək sexində olduğu qeyd olunur. Terrorçuların düşərgəsinə, ümumilikdə, 8 zərbə endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm