"DXR və "LXR" status əldə etdi (FOTO)
Bizi izləyin

Dünya

"DXR və "LXR" status əldə etdi (FOTO)

ATƏT-in saytında Minsk görüşünün nəticəsi olan protokol dərc edilib.

ANS PRESS-in məlumatına görə, protokola əsasən Donetsk və Luqansk bölgələri xüsusi status və növbədənkənar seçkilər üçün icazə alır.

Xüsusi statusu haqqında Qanun: “Hakimiyyətin mərkəzləşdirilməsini (desentralizasiyasını) və Ukraynada yeni qəbul ediləcək qanuna əsasən Donetsk və Lugansk regionlarının müəyyən ərazilərində yerli özünü idarəetmə hökumətinin müvəqqəti qurulmasını həyata keçirmək” - deyə xəbərdə yerləşdirilib.

Bundan əlavə protokola əsasən Kiyev Ukraynanın şərqində baş verən hadisələrdə bu və ya digər şəkildə əlaqəsi olan insanların təqib edilməyəcəyi barədə də razılığa gəlib.

Qeyd edək ki, ötən gün Minskdə Ukrayna, “DXR”, “LXR”, ATƏT və Rusiya 5 sentyabr saat 19:00-dan etibarən Ukraynada atəşin dayandırılmasını elan edən bəyanat imzalayıblar. Həmin gündən atəş səsləri tam dayanmasa da hər iki tərəfdə razılaşmanın bəndlərinin mərhələli şəkildə icrası həyata keçirilir.















Oxumağa davam et
Reklam
Reklam

Gündəm