ABŞ-dan İŞİD-ə daha bir ağır zərbə
Bizi izləyin

Dünya

ABŞ-dan İŞİD-ə daha bir ağır zərbə

ABŞ Hərbi Hava Qüvvələri İraq ordusu ilə birlikdə İraq Şam İslam Dövləti terror təşkilatına qarşı əməliyyat keçirib.

ANS PRESS-in məlumatına görə, hərbi əməliyyatlar Ramadı şəhərində və Əl-Ənbar vilayətinin qərb hissəsində həyata keçirilib.

ABŞ qırıcı təyyarələrinin İŞİD-in mövqelərini bombardman etməsi nəticəsində 42 terrorçunun öldüyü bildirilir. Məlumatı İraq Müdafiə Nazirliyi təsdiqləyib.

Bundan başqa bombardman zamanı 7 dinc sakinin öldüyü və 13-nün isə yaralandığı bildirilir.

Qeyd edək ki, İŞİD İraqda bir sıra böyük şəhərləri ələ keçirib. Onlar ölkənin şəriət qaydaları ilə idarə olunmasını tələb edirlər. Hazırda Mosul, Tiqrit kim böyük şəhərlərdə İraq ordusu ilə İŞİD arasında döyüşlər gedir. Son bir neçə həftədir ki, ABŞ İraq ordusuna havadan dəstək verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm