Cənubi Asiyada sel fəlakəti: İki ölkədən 196 ölü
Bizi izləyin

Dünya

Cənubi Asiyada sel fəlakəti: İki ölkədən 196 ölü

Şiddətli musson yağışlarının səbəb olduğu sel fəlakəti nəticəsində Pakistanda 110, Hindistanın Kəşmir əyalətində isə 86 adamın həlak olduğu bildirilib.

Axar.az xəbər verir ki, Pakistan Təbii Fəlakət İdarəsi sözçüsü Əhməd Kamal seldən ziyan çəkənlərə çadır və ilkin tibbi yardım vasitələri göndərildiyini, xilasetmə əməliyyatlarının da hərbi vertolyotların da iştirakı ilə davam etdiyini açıqlayıb.

Kəşmirin Hindistan tərəfdə olan ərazisində isə toya gedənləri aparan avtobusu sel aparması nəticəsində ən azı 27 adam ölüb. Onlarla körpünün dağıldığı bölgədə ölü sayının artması gözlənilir.

Xatırladaq ki, Pakistanda 4 il əvvəl baş verən seldə 1700 adam həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm