Ukrayna partriarxı: "Putini İblis idarə edir"
Bizi izləyin

Dünya

Ukrayna partriarxı: "Putini İblis idarə edir"

Kiyev və Bütün Ukrayna partriarxı Filaret Putinlə bağlı xüsusi bəyanat verib. Bəyanatda deyilir ki, Putin İblisin təsiri altındadır.

“Böyük təəssüflə və açıq deməliyəm ki, dünyanı idarə edənlər arasında əsil Kain peyda olub. Öz adına görə yox, əməllərinə görə. Bu əməllər sübut edir ki, tarixdə öz qardaşını öldürən ilk adam olan Kain kimi bu hakim də İblisin təsiri altına düşüb”.

(Bibliyaya görə, Kain öz qardaşı Abeli öldürüb. Qurana görə adlar fərqlidir: Kain Qabildir, Abel – Habil).

Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki,Filaret Putini iki böyük günahda ittiham edir: qətldə və yalanda. Filaret bildirir ki, hər iki günahın “rəisi və ilhamvericisi İblisdir”.

Filaretin fikrincə, Ukraynanın şərqində insanların ölməsinin ən böyük günahı Putindədir.

Ukrayna partriarxının rəsmi saytında yerləşdiriıən bəyanatda deyilir ki, “ölümləri və qan tökülməsini dayandırmaq onun səlahiyyətindədir. Putin özünü Ukrayna xalqının qardaşı adlandırır, ancaq o həqiqətən Kain olub, öz qardaşının qanını tökməklə və dünyanı yalana bürüməklə”.

Filaret bildirir ki, Putinə və onun əlaltılarına dəfələrlə müraciət olunub ki, oturub-fikirləşsinlər, tövbə etsinlər. Ancaq heç nə dəyişməyib.

“Belə görünür ki, o, çağırışlara kardır və şəri yalnız çoxaldır. Çünki İuda İskariot kimi onun daxilinə İblis girib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm