ABŞ Rusiyadan tələb etdi
Bizi izləyin

Dünya

ABŞ Rusiyadan tələb etdi

ABŞ Rusiyadan qoşunlarını Gürcüstan ərazilərindən çixarılmasını tələb edib.

ANS PRESS-in məlumatına görə, qonşu ölkədə səfərdə olan ABŞ müdafiə naziri Çak Heygel Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı danışıb.

Onun sözlərinə görə, Rusiya faktiki olaraq Gürcüstan ərazilərini işğal edib və Qafqazda sulh üçün böyük təhlükə yaratmaqdadır.

Bununla belə Pentaqon rəhbəri Gürcüstan hakimiyyətinin Rusiya ilə bağlı siyasətini dəstəklədiyini bildirib.

Qeyd edək ki, Mixail Saakaşvilinin prezidentliyi dövründən fərqli olaraq Gürcüstanın yeni hakimiyyəti Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm