Əş-Şəbab təsdiqlədi: "Liderimiz öldürüldü"
Bizi izləyin

Dünya

Əş-Şəbab təsdiqlədi: "Liderimiz öldürüldü"

Somalidə yerləşən Əş-Şəbab təşkilatı Əhməd Qudaninin öldürüldüyünü təsdiq edib.

Axar.az xəbər verir ki, təşkilatın media orqanından verilən məlumatda Qudani ilə bərabər başqa bir komandirin də hava hücumu zamanı həyatlarını itirdiyi qeyd edilib.

Qudaninin yerinə Əbu Ubeydə Əhməd Ömərin gətirildiyi bildirilib və Somali hökumətinə dəstək verən Afrika qüvvələrinə qarşı mübarizənin davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Müdafiə Nazirliyi Amerika ordusunun Somalidə təşkil etdiyi əməliyyatda Əş-Şəbab terror təşkilatı lideri Əhməd Qudaninin öldürüldüyünü açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm