“İnternet senzurası siyasəti işləmir” - Ruhani
Bizi izləyin

Dünya

“İnternet senzurası siyasəti işləmir” - Ruhani

İran prezidenti Həsən Ruhani deyib ki, internet senzurası və cinsi ayri-seçkilik siyasətləri işləmir.

“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, İranda internet mətnlərinə filtr qoyulub. İranda Facebook, Youtube, Twitter kimi saytlara qeyri-qanuni proqramlarsız girmək mümkün deyil.

Ruhani deyib ki, “bəzi insanlar divar qurmaqla problemləri həll edəcəklərini düşünürlər. Ancaq siz filter qoyursunuz, onlar da proksi yaradırlar". Həsən Ruhani iranlıların başqa ölkələrdə proksi serverlərdən istifadə etdiyinə işarə edir. İranlılar bununla ölkə daxilində internet tənzimləməsini adlayıb-keçirlər.

Prezident Tehran bələdiyyəsinin öz işçilərini “qadınlar ayrı, kişilər ayrı” prinsipi ilə bölməsini də tənqid edib. O bildirib ki, Ayətullah Xomeyni də 1979-cu il inqilabından sonra belə ayırıcı siyasət yeridən universitetlərin əleyhinə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm