• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Davudoğlunun anasının baş daşında yazılan ağı (FOTO)

  • Dünya
  • 8 Sentyabr 2014 08:30
  • 598 Baxış
Davudoğlunun anasının baş daşında yazılan ağı (FOTO)

Türkiyənin 62-ci hökumətini qurduqdan sonra məmləkəti Konya şəhərinə səfər edən Əhməd Davudoğlu baş nazir kimi ilk mitinqini də bu şəhərdə keçirib.

ANS PRESS-in xəbərinə görə, Konyada bəzi tədbirlərdə iştirak edən Davudoğlu daha sonra 4 yaşında itirdiyi anası Məmnunə Davudoğlunun qəbrini ziyarət edib.

Bu ziyartdə baş naziri həyat yoldaşı Sara Davudoğlu və bərabərindəki nümayəndə heyəti də müşayiət edib.

32 yaşında dünyasını dəyişən Məmnunə Davudoğlunun baş daşında yazılan ağı oxuyanları duyğulandırıb.

Mərhum Davudoğlunun qəbrinin baş daşında bu sözlər yazılıb:

“Gənc yaşımda ölüm aldı torpaqlara bələdi,
Geri qalan dörd balam da “anam” deyə mələdi
Taşkentli Mehmedin yoldaşı Məmnunə Davudoğlu”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR