Moskva AB-nin yeni sanksiyaları ilə üz-üzə – Detallar açıqlandı
Bizi izləyin

Dünya

Moskva AB-nin yeni sanksiyaları ilə üz-üzə – Detallar açıqlandı

ABŞ-ın “Wall Street Journal” nəşri Avropa Birliyinin (AB) Rusiyaya qarşı mümkün sanksiyaların detallarını açıqlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, nəşr Brüsselin sanksiyalara məruz qalacaq Rusiya şirkətlərinin sayını artırmağı planlaşdırdığını yazıb.

Məlumata görə, yeni sanksiyalar “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərinin Avropa bazarından borc almasını məhdudlaşdıracaq. Bu məhdudiyyətlər həmçinin Rusiya Əmanət Bankı, VTB, VEB, “Qazprombank” və Rusiya Kənd Təsərrüfatı Bankına qarşı da tətbiq ediləcək.

Kredit resurslarının cəlb edilməsi ilə bağlı məhdudiyyətlər Rusiya müdafiə sənayesinin üç şirkətinə OAK, “Oboronoprom” və “Uralvaqonzavod”a qarşı tətbiq olunacaq. Avropa şirkətlərinə həmçinin ikiqat təyinatlı texnologiyaların Rusiyanın 9 müdafiə sənayesi müəssisəsinə satışı qadağan ediləcək. Bunların arasında “Sirius”, “Kalaşnikov” və "Stankoinstrument” müəssisələri də var.

Dünən isə Avropa Şurasının sədri Herman van Rompey AB-nin müəyyən şərtlərdə Rusiyaya qarşı sanksiyalar haqqında qərarı yenidən gözdən keçirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün Ukraynada əldə olunan atəşkəs rejimi möhkəm olmalı və münaqişənin tərəfləri danışıqlara başlamalıdır.

“Rusiya iqtisadiyyatı əzab çəkir, xüsusilə saknsiyalara görə çökmə mərhələsindədir”, - Avropa Şurasının sədri vurğulayıb.

İki gün əvvəl isə Brüsseldə mənbə “İnterfaks” xəbər agentliyinə bildirib ki, AB ölkələrinin daimi nümayəndələr komitəsi Rusiyaya qarşı yeni sanksiyaların müzakirə edilməsi barədə razılığa gəlib. Mənbə dəqiqləşdirib ki, yeni məhdudlaşdırıcı tədbirlər maliyyə bazarları, müdafiə sənayesi, ikiqat təyinatlı və həssas texnologiyalara toxunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm