İŞİD iki türkman kəndini itirdi – VİDEO
Bizi izləyin

Dünya

İŞİD iki türkman kəndini itirdi – VİDEO

İraq Hava Qüvvələri, şiə milisləri və peşmərgə qüvvələri təxminən üç aydır ki, İŞİD-in nəzarətində olan Salam və Yenicə kəndlərinə əməliyyatlar təşkil edib.

Publika.az xəbər verir ki, İraq Hava Qüvvələri, şiə milisləri və peşmərgə qüvvələri İraq Şam İslam Dövlətinin (İŞİD) nəzarətində olan Tuxhurmatunun qərbində yerləşən Salam və Yenicə türkmən kəndlərinə əməliyyat təşkil edib. Nəticədə, İŞİD terror təşkilatı Salam və Yenicə kəndlərindən çıxmaq məcburiyyətində qalıb. Toqquşmalar nəticəsində isə 20 yaraqlı öldürülüb, 3 peşmərgə və 7 şiə milisi həlak olub.

Peşmərgələr Yenicə kəndindəki bir sığınacaqda bomba emalatxanası tapıb. Peşmərgənin mətbuat katibi polkovnik H. H. peşmərgənin bomba mütəxəssisi terrorçu Riyad Mehdi Salehin evinin yaxınlığında bu emalatxananı tapdıqlarını deyib. Riyad Saleh Yenicədə baş verən toqquşmalarda öldürülən İŞİD-in ən təhlükəli üzvlərindən olan Sami Mehdinin qardaşı olduğu məlum olub. Həmçinin iki qardaşı ataları isə Səddamın ordusunda seçilən hərbçilərdən olub, beş dövlət nişanı aldığı bildirilib.

Kəndlərdəki toqquşmalara görə məscid və məktəblərlə birlikdə evlərə də ciddi ziyan dəyib. İŞİD üzvləri qırıcı hücumlarından qorunmaq üçün sığınacaq və tunel qazdıqları məlum olub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm