İranda məscidlərdə İŞİD himni səsləndirilib – ŞOK
Bizi izləyin

Dünya

İranda məscidlərdə İŞİD himni səsləndirilib – ŞOK

“Dünən Cənubi Azərbaycanın Urmiya bölgəsinin 10 məscidində terrorçu “İraq Şam İslam Dövləti”nin himni səsləndirilib”.

Aznews.az-ın məlumatına görə, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) tədbirində qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı deyib.

Onun sözlərinə görə, bu “İraq Şam İslam Dövləti”nin (İŞİD) deyil, terrorçu kürd təşkilatı olan PEJAK-ın təxribatıdır: “PEJAK bunu məqsədli şəkildə həyata keçirir. Niyyətləri əhalini təşvişə salmaqdır”.

B. Muğanlı bildirib ki, ötən gün dövlət nömrə nişanı olmayan bir avtomobildən şəhərin mərkəzində göyə dəfələrlə atəş açılıb: “Urmiyada vəziyyət çox gərgindir. Quzey Azərbaycan bu məsələləri diqqətdə saxlamalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm