Davudoğlu ilk dəfə Anıtqəbirdədir – VİDEO
Bizi izləyin

Dünya

Davudoğlu ilk dəfə Anıtqəbirdədir – VİDEO

Türkiyə baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə 62-ci hökumətin üzvləri Atatürkün məzarını ziyarət ediblər.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) təsdiqlənən 62-ci hökumət üzvləri ulu öndərin məzarını ziyarət ediblər. Baş nazir Əhməd Davudoğlu və Nazirlər Kabineti üzvləri yağmurlu havada piyada Atatürkün məzarına baş çəkməyə gediblər.

Baş nazir Davudoğlu Atatürkün məzarına çələng qoyub və bütün heyət Atatürkün məzarına ehtiram göstərib.

Davudoğlu Anıtqəbirin xüsusi dəftərinə bunları yazıb:

“Qazi Mustafa Kamal Atatürk, Türkiyə cümhuriyyəti 62-ci hökuməti TBMM-də təsdiqlənərək vəzifəsinin icrasına başlayıb. Hökumət üzvlərimizlə bərabər, bizə müstəqil dövlət qoyub gedən bütün qazi və şəhidlərimizə, insanımıza və ölkəmizə xidmət edən bütün böyüklərimizə sizin simanızda minnət və təşəkkürlərimizi çatdırmaq üçün hüzurunuzdayıq.

Cümhuriyyətimizin 100-cü ilində ölkəmizi dünyanın ən etibarlı və ən güclü ölkələri arasında qata bilmək, insan hüquqları və azadlıqlarını tam bir demokratiya ilə insanımıza yaşada bilmək, ədalətin Türkiyə Cümhuriyyətinin istisnasız bütün vətəndaşlarını əhatə etməsini təmin edə bilmək üçün bütün əzmimizlə çalışacağımıza, tarixin şahidliyində və sizin hüzurunuzda hökumətimiz adına söz verirəm. Böyük minnət və sayğılarla”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm