Moskvanın mümkün nüvə hücumu ssenarisi: İlk “qismət” kimin olacaq?
Bizi izləyin

Dünya

Moskvanın mümkün nüvə hücumu ssenarisi: İlk “qismət” kimin olacaq?

Ukrayna böhranı ilə bağlı son vaxtlar kəskinləşən Rusiya-Qərb qarşıdurması fonunda “Üçüncü Dünya Müharibəsi”, “nüvə müharibəsi” və bu kimi qan iyi gələn ifadələr daha çox işlədilməyə başlanılıb.

“Foreign Policy” nəşrinin əməkdaşı və bir neçə kitabın müəllifi Cefri Teyler yazır ki, Ukraynanın şərqində artan münaqişə Rusiyanın Mərkəzi və Şərqi Avropa ölkələrinə nöqtəvi nüvə hücumları ilə başa çata bilər. Onun fikrincə, birinci zərbə Varşavaya endirilməsi daha çox ehtimal edilir. Çünki ruslar artıq Polşa paytaxtına nüvə hücumunun təqlidini ediblər. Daha sonra isə Litvanın paytaxtı Vilnüsun vurula biləcəyi deyilir.

Amerika nəşrinin əməkdaşının bu cür düşünməsində müəyyən qədər əsaslar var. Keçən həftə Moskvada “Gənclər forumu”nda çıxış edən Rusiya prezidenti Vladimir Putin dünyaya xatırlatdı ki, Rusiya ən güclü nüvə dövlətlərindən biridir: “Bu realdır, bu yalnız sözlər deyil”. Bundan daha bir neçə gün əvvəl - 14 avqust tarixində “Yalta konfransı”nda çıxış edən Rusiya prezidenti bildirdi ki, Qərbi nüvə silahları ilə bağlı veriləcək yeni qərarlara təəccübləndirməyi planlaşdırır. O, bundan əvvəllər bu cür çıxışlar etməmişdi.

Bu çıxışlar rus strateji bombardmançıları və atom qırıcıları tərəfindən ABŞ və Qərbi Avropanın hava məkanının pozulduğu barədə səslən ittihamlarla üst-üstə düşdü. NATO-nun Uels sammiti ərəfəsində isə Rusiya strateji nüvə silahlarının iştirakı ilə görünməmiş miqyasda hərbi təlimlərin keçiriləcəyi barədə bəyanat verdi. Bundan başqa, Kreml bildirdi ki, Ukrayna böhranı ilə əlaqədar özünün hərbi doktrinasını dəyişdirəcək.

“Mən deyə bilmərəm ki, bütün bunlar nəyi bildirir. Amma Qərblə Rusiya arasında artan gərginlik yaxşı heç nə vəd etmir. Barak Obama Ağ Evə nüvə silahlarının sayını azaltmaq ümidi ilə gəldi. Deyəsən, Rusiya ölümcül nüvə arsenalını artıraraq buna icazə verməyəcək”, - “Foreign Policy”də deyilir.

“Putin həqiqətənmi nüvə silahından istifadə edər?” - Cefri Teyler soruşur.

Moskva Strateji Tədqiqatlar Mərkəzinin keçmiş direktoru, “BBC World Service”nin siyasi şərhçisi, Rusiya prezidentinin tənqidçilərindən olan Andrey Piontkovski hesab edir ki, bu real ola bilər. Onun fikrincə, Putin Qərblə qarşıdurmadan qalib çıxmaq, bir zərbə ilə NATO-nu məhv etmək üçün, eləcə də ABŞ-ın hegemonluğuna və qlobal sülhün himyədar kimi etibarına son qoymaq üçün nüvə silahına əl ata bilər.

“Rusiya liderinin son fitnəkar bəyanatlarını nəzərə alsaq, Piontkovskinin ssenarisi tamamilə ehtimal olunandır”, - Teyler yazır.

“BBC World Service”nin siyasi şərhçisi Rusiyadakı düşərgənin mövqeyindən bəhs edir: “Sülh partiyası” adlandırılan birinci düşərgə nüfuzlu beyin mərkəzlərində yüksək postları tutan şəxslərdən ibarətdir. Onlardan biri Ali İqtisadiyyat Məktəbinin müdiri Sergey Karaqanovdir. O, Putini Ukraynada qələbəsini elan etməyə və bununla da münaqişəyə son qoymağa çağırır. “Sülh partiyası”nın nümayəndələri qeyd edirlər ki, Moskva Ukraynanı NATO-nun təsir sahəsinə girməməsi üçün hər şeyi edəcək. Onlar xüsusən də Krımın Rusiya tərəfindən udulmasına beynəlxalq cəmiyyətin susqun razılığını xatırlayırlar. Ancaq Piontkovski bu qərarın reallaşdırılması imkanını rədd edir. Bu yolun seçilməsi Kreml rəhbəri tərəfindən müvəffəqiyyətsizlik kimi qitmətləndirilə bilər. Putinə təzyiqin ikinci düşərgəsi “Müharibə partiyası” adlanır. Onlar hesab edir ki, NATO-nun silahlı qüvvələrinin güclənməsi Rusiyanın iqtisadi və elmi-texniki zəifliyi ilə başa çatacaq. Yəni, qarşıdurma Rusiya üçün faciə ilə bitəcək. Bu halda isə Putinin yalnız bir seçimi var: nüvə hücumu. Məlumdur ki, bu sivilizasiyanın sonu, eyni zamanda Rusiyanın intiharı demək olacaq”.

“Foreign Policy” A.Piontkovsknin nüvə silahından istifadə ilə bağlı ssenarisindən sitat gətirib. Piontkovskinin ssenarisinə görə, Rusiyanın hücumu etnik ruslar böyük əksəriyyət təşkil etdiyi Estoniyanın Narva şəhərində plebisitdən başlanacaq: “Referendumda Rusiyaya birləşmə haqqında məsələ qaldırılacaq. Rusiya isə Krımda olduğu kimi buraya silahlı “yaşıl adamcığazlar” briqadasını göndərə bilər. Bunu Estoniyaya təcavüz aktı kimi dəyərləndirən NATO müttəfiqinin müdafiəsinə qoşulacaq. Barak Obama NATO-nun Uels sammiti ərəfəsində Tallində dedi ki, Estoniyanın, Latviya və Litvanın müdafiəsi Berlin, Paris və Londonun müdafiəsi qədər əhəmiyyətlidir”.

Bəs, Putinin hansı reaksiyası olacaq? Piontkovski hesab edir ki, NATO kiçik ölkəyə hücuma görə Rusiyaya təsir etmək istəyəcək. Amma hər şey onu göstərir ki, amerika ictimaiyyəti Narva üçün ölmək istəmir. A.Piontkovski həmçinin alman ictimaiyyəti arasında keçirilmiş sorğunu xatırladır. Almanlara “Rusiyanın Estoniyaya hücum edəcəyi halda Almaniya özünü necə aparmalıdır” sualı verilib. Almanların 70 faizi hesab edir ki, onların ölkəsi münaqişəyə neytral qalmalıdır.

“Əgər NATO cavab verərsə, Putin raketlərini ABŞ-a yönəltməyəcək. Çünki bu siyasi intihar olardı. Amma Rusiya passiv qalmayacaq. Putinin qərarı çox ehtimal ki, bir neçə Avropa paytaxtına nüvə hücumundan ibarət olacaq. Bu ölkələrin isə yaxın vaxtlarda NATO-ya daxil edilən Şərqi Avropa ölkələrinin ola biləcəyi daha inandırıcıdır”, - Moskva Strateji Tədqiqatlar Mərkəzinin keçmiş direktoru deiyr.

“Foreign Policy” hesab edir ki, birinci zərbə Varşavaya vurulacaq, çünki artıq Polşa paytaxtına nüvə hücumunun təqlidi edilib. Sonrakı nüvə zərbəsinin isə Litvanın paytaxtı Vilnüsə endiriləcəyi bildirilir.

Teyler əlavə edir ki, Putin, hər halda, NATO-dakı ən ciddi rəqiblərinə nüvə zərbəsi endirmək üçün birinci addım atmazdı: “Bu təhlükəli və dünyanın tarixi üçün dönməz ola bilərdi. Rusiya həm də həddindən artıq risk etməli olacaq. Rusiyanın iqtisadiyyatı ərzaq idxalı və xammalın ixracından güclü dərəcədə asılıdır. Rus ictimai rəyi isə böhrana baxmayaraq, Krımın zəbt edilməsini dəstəkləyir”.

Digər tərəfdən, “Foreign Policy” yazır ruslar birbaşa hərbi müdaxiləyə böyük maraq göstərmirlər: “Kreml dəfələrlə bildirib ki, Ukrayna torpağında rus əsgəri və ya rus hərbi texnikası yoxdur”.

“Xatırlamaq lazımdır ki, hərbi doktrina rus qoşunlarının adi müharibədə məğlub olacağı halda nüvə silahından istifadə olunmasını nəzərdə tutur. Bu isə onu göstərir ki, Obama və başqa nüvə dövlətlərinin rəhbərləri nüvə raketlərinin işə salınması üçün düyməni basmazdan əvvəl iki dəfə düşünəcəklər”, - Teyler öz məqaləsini bitirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm