İran prezidentindən hicabla bağlı şok sözlər
Bizi izləyin

Dünya

İran prezidentindən hicabla bağlı şok sözlər

“Bağlamaq, qadağan etməklə heç bir nəticə əldə etmək olmur”.

Axar.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani Məşhəd şəhərində çıxış edərkən önəmli məqamlara toxunub. Ruhani ictimai dəyərlərin və hicabın zor gücünə insanlara qəbul etdirilə bilməyəcəyini deyib:

“Bu sahədə əsgər və polisin yerini alimlərimiz, ziyalılarımız, universitet müəllimlərimiz tutmalıdır. Əsgər və polislə heç bir təşviqat olmaz. İslamın yaxşılığı yayma və pisliklərdən çəkinmə prinsipi hər şeydən öncə təhsil yolu ilə insanlara təbliğ edilməlidir. Daha sonra bunları qanunla zəmanət altına ala bilərik. Allaha and olsun ki, bu gün gəncləri razı salmaqdan başqa bir yolumuz yoxdur. Bu işlər güclə olmur. Bağlamaq, qadağan etməklə heç bir nəticə əldə etmək olmur. Bu problemlər qadağalarla həll edilə bilməz”.

Həmçinin, Ruhani korrupsiya qarşı mübarizədə bütün imkanlardan istifadə edəcəklərini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm