NATO: “Ukraynada Rusiya qoşunlarının sayı durmadan artır”
Bizi izləyin

Dünya

NATO: “Ukraynada Rusiya qoşunlarının sayı durmadan artır”

Ukraynanın Donbaş hövzəsində Rusiya qoşunlarının sayı artırmaqda davam edir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Brüssel-Moskva videokonfransI zamanı NATO baş katibinin müavini Aleksandr Verşbou bildirib.

“Biz son günlər Rusiya silahlı qüvvələrinin Ukraynada ən böyük cəmlənməsini qeydə almışıq. Rusiya Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini partlatmağa çalışır. Rusiya Ukraynaya qarşı təcavüz etdi, Krımı qeyri-qanuni özünə birləşdirdi. Bütün bunların heç birini isə Şimali Atlantika İttifaqı tanımır”, - A.Verşbou deyib.

NATO baş katibinin sözlərinə görə, Rusiya qonşularının müstəqilliyi və seçim hüququnu tanımaq iqtidarında deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm