Rusiya 8 min yaralı hərbçisini necə gizlədir?
Bizi izləyin

Dünya

Rusiya 8 min yaralı hərbçisini necə gizlədir?

Donbasda hərbi əməliyyatlar zamanı yaralanan rus hərbçilər Sank-Peterburq və Rostovdakı hərbi hospitallarda gizlədilir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik-İnformasiya Mərkəzinin sədr müavini Vladimir Polevoy jurnalistlərə açıqlamasında deyib.

“Bizim kəşfiyyatın əldə etdiyi məlumata görə, bu günə kimi Donbasda hərbi əməliyyatlar zamanı 2 min Rusiya Federasiyası vətəndaşı həlak olub. Yaralıların sayı isə təxminən 8 minə yaxındır. Rusiyanın bu itkilərini gizlədə bilməsinə səbəb onun ərazisinin böyük olmasıdır”, - Polevoy bildirib.

Polevoyun sözlərinə görə, yaralılar rus hərbçilər Sankt-Peterburqdakı Kirov adına tibb akademiyasında, Rostovdakı Cənub Hərbi Dairəsinin hərbi-kliniki hospitalı, Volqoqraddakı hərbi qarnizon hospitalı, Yeyskdəki hərbi-kliniki hospitalda və eləcə də adıçəkilən məntəqələrin digər xəstəxanalarında gizlədilir:

“Müəyyən etmişik ki, yaralılar nə yaxınlarının, nə də jurnalistlərin buraxılmadığı hərbi hospitallarda yerləşdirilir və buna görə də, Rusiya ölən və yaralananlarının sayını gizlədə bilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm