İran bazarı kimin olsun? - Rəqabət
Bizi izləyin

Dünya

İran bazarı kimin olsun? - Rəqabət

İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunma ehtimalı Avropa şirkətlərini hərəkətə gətirib. Avropalılar 80 milyonluq bir bazarı çəpərləməyə çalışırlar. Fransız biznesmenləri investisiyaların müzakirəsi üçün artıq Tehrana gedirlər.

İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunma ehtimalı Avropa şirkətlərini hərəkətə gətirib. Avropalılar 80 milyonluq bir bazarı çəpərləməyə çalışırlar. Fransız biznesmenləri investisiyaların müzakirəsi üçün artıq Tehrana gedirlər.

Publika.Az –ın “Nezavisimaya gazeta”ya istinadən verdiyi məlumata görə, amma fransızları britaniyalılar qabaqlayıblar.

Rusiya isə İran bazarından geri çəkilmək niyyətində deyil. Çinin fəallığı da yüksəkdir. Tehran investisiyalar istəyir. Amma investisiyaların axını nüvə proqramı üzrə aparılan danışıqların gedişatından asılıdır və İran danışıqlarda səmimi olduğuna “altılığı” inandırmağa çalışır.

“Əgər vəziyyət dəyişəcəksə, Fransanı İranda əhəmiyyətli ticarət imkanları gözləyir", - Pyer Moskoviçi bildirib. Son 10 ildə Fransadan İrana yola düşən ən böyük nümayəndə heyətinin tərkibində “Total”, “Renault”, “Orange”, “Lafarge”, həmçinin gəmiçilik, inşaat, bank və hüquq xidmətləri sahələrini təmsil edən şirkətlər yer alıb. Avropalılar arasında İran bazarını yoxlamağa birinci olaraq britaniyalılar gəldilər. “Diplomatik ekspansiya artıq 2013-cü ilin oktyabrında başladılar. Həmin vaxt yeni prezident Həsən Ruhaninin liderliyi altında nüvə danışıqlarında müvəffəqiyyət üçün ciddi şans var idi. 2014-cü ilin yanvar ayında isəı İran İslam Respublikasının Sənaye Nazirliyi britaniyalıları resursların mənimsənilməsi üçün danışıqlar aparmağa dəvət etdi”, - “Nezavisimaya gazeta” yazır.

Qəzetə açıqlamasında Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin İran sənayesinin müasir və yüksək texnologiyalara, həmçinin külli miqdarda investisiyalara ehtiyac duyduğunu bildirir. İran qaz ehtiyatlarına görə dünyada ikinci, neft ehtiyatlarına görə isə dördüncü yeri tutur. Rusiyalı ekspert həmçinin qeyd edir ki, Qərb pulu və texnologiyayasının gəlişi həm də Qərb ideologiyasının ixracı ilə müşayiət olunacaq və bu da rejimin əsaslarını təhlükə altına qoyacaq. “Tehran bu anlamamış deyil. Ancaq başqa yol yoxdur. Dini lider liberal Həsən Ruhaninin prezident postuna seçilməsi ilə razılaşdı”, - V.Sajin qeyd edir.

Yuxarıda da qeyd etdik ki, Rusiya İran bazarından getmək niyyətində deyil. “Lukoyl” İran bazarına qayıtmaqda maraqlı olduğunu ifadə edib və artıq İran Neft Nazirliyi ilə danışıqlara başlayıb. V.Sajin hesab edir ki, Rusiya fəallaşmalıdır:“Biz Qərb və Çin şirkətləri ilə rəqabət apara bilərik. Xüsusilə energetika, nüvə, kosmos, dəmiryol nəqliyyatı və hərbi-texniki sahələrdə. Sanksiyalar ləğv olunarsa, Rusiya İrana ağır silahların da çatdırılmasına başlaya bilər”.

Ancaq Rusiyanı narahat edən başqa bir məsələ var. Rusiya kimi İran da zəngin enerji ehtiyatlarına malikdir və bu baxımdan dünya bazarında Rusiyanın rəqibidir. İran təbii qazı və neftin dünya bazarına çıxarılması Rusiya üçün problem ola bilər. İranda təbii qazın mayeləşdirilməsi üzrə layihənin üzərində işləyirlər. Bu isə Avropa baxarının əhəmiyyətli hissəsini əlində saxlayan “Qazprom”un vurulması deməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm