“Qərb Rusiyaya qarşı genişmiqyaslı hazırlıqlara başlayıb”
Bizi izləyin

Dünya

“Qərb Rusiyaya qarşı genişmiqyaslı hazırlıqlara başlayıb”

“Bu, postsovet məkanı ölkələrində nə qədər başa düşülsə, bir o qədər onlar üçün yaxşı olacaq”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O, Uels sammitinin həqiqətən tarixi əhəmiyyət daşıdığını bildirib:

“Xatırlayırsınızsa, NATO-nun əksər sammitləri zamanı kifayət qədər yüksək tarixi əhəmiyyət daşıyacağı ilə bağlı fikirlər səslənirdi. Amma bunun Uels sammitinə heç bir aidiyyəti yoxdur. O, həqiqətən tarixi əhəmiyyət daşıyır. Əgər buradakı bütün çıxışlara diqqət etsək, görmüş olarıq ki, burada dünyanın aparıcı ölkələri Rusiyaya qarşı müharibə üçün genişmiqyaslı hazırlıqlara başlayıblar. Bu, postsovet məkanı ölkələrində nə qədər tez başa düşülsə, bir o qədər onlar üçün yaxşı olacaq. Amma dünya xəritəsinin dəyişməsi sammitdən dərhal sonra baş verməyəcək. Bu, müəyyən müddətdən sonra dünya müxtəlif yerlərində özünü büruzə verməyə başlayacaq. ABŞ və NATO dolayısı yolla Minsk danışıqlarından asılı şəkildə Ukraynada başlamış müharibəni artıq öz müharibələri hesab edirlər. Məhz bu da onlara xəritəni yenidən formalaşdırmaqda kömək edəcək. Ukraynaya yüksək dəqiqliyə malik olan silahların ötürülməsi artıq bu prosesin başlanmasından xəbər verir və o, təkcə Ukraynaya toxunmayacaq. NATO üçün partizanların Donbasa qədər gəlib-gəlməməsi elə bir önəm kəsb etmir. Bu partizanların özü və Rusiya üçün önəmlidir. ABŞ artıq Uels sammitində bütün günahları Moskvanın üzərinə atıb. İndi yalnız baş verəcəkləri gözləmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm