Mariupol Rusiyanın nəyinə lazımdır? – Poroşenkonun cavabı
Bizi izləyin

Dünya

Mariupol Rusiyanın nəyinə lazımdır? – Poroşenkonun cavabı

Ukrayna antiterror gücləri Mariupol şəhərinə tank hücumunun qarşısını alıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Mariupol metallurgiya kombinatının kollektivi ilə görüşündə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Onun sözlərinə görə, düşmən Azov dənizinin sahilini ələ keçirməklə Krıma quru yolla keçidi təmin etməyə ümid edirdi.

“Biz hər şeyi edəcəyik ki, sülh olsun. Amma öz ölkəmizin müdafiəsinə hazırlaşacağıq. Ukrayna yalnız hərbi addımlar deyil, həm də diplomatiya və bütün dünyanın dəstəyi ilə qorunacaq. Biz qalib gələcəyik, çünki Tanrı və həqiqət bizimlədir. Çünki biz sülh və sabitlik istəyirik", - dövlət başçısı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm