Putinin, yoxsa Qərbin qələbəsi? - Üç ssenari
Bizi izləyin

Dünya

Putinin, yoxsa Qərbin qələbəsi? - Üç ssenari

“Ukrayna ordusu və Rusiya meylli qüvvələr arasındakı atəşkəs separatistlər tərəfindən pozulur. Balkanlar isə Moskvanın təsirindən qorxur”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Almaniyanın “Die Welt” qəzetində dərc edilmiş “Putinin qələbəsi, yoxsa Qərbin qələbəsi? - Üç ssenari” başlıqlı yazısında yer alıb.

Alman nəşrinin əməkdaşı Rixard Hersinger regionun gələcəyi üçün üç ssenari irəli sürür.

Ssenari 1: Putin Avropa Birliyi üzərində qələbə çalır. İlk növbədə Almaniya və Ukrayna sülh planı, yəni ölkənin federasiya halına salınması ilə razılaşır. Ölkənin şərqi Ukrayna dövlətinin hissəsi olaraq qalır, amma əslində Moskvanın nəzarəti altına düşür. Eyni zamanda Baltikyanı ölkələrdə silahlı Rusiya millətçiləri rus əhalisinin çox olduğu rayonlarda “muxtar vilayətlər” elan edir. Prosesdə Rusiya qoşunlarının birbaşa iştirakı sübutu mümkün olmadığından NATO adekvat cavab vermək üçün əsas tapmır.

Ssenari 2: Donbasda münaqişə uzun müddət davam edir. Rusiya xüsusi təyinatlıların idarə etdiyi separatçılar elə Rusiya tərəfindən silahlandırılır və mövqeyini saxlayır. Amma onlar silah yardımı alan və NATO-nun hərbi hazırlığı ilə gücləndirilən Ukrayna ordusunu geri çəkilməyə məcbur edə bilmirlər. Cənubda və Ukraynanın şərqində atəşkəs mütəmadi pozulur.

Ukraynanın Avropa Birliyinə üzvlüyü haqqında danışıqlar daim təxirə salınır. Eyni zamanda Putin Qərbi qeyri-müəyyənlikdə saxlamaq və Rusiyada daxili vəziyyətə nəzarət etmək üçün çürüyən münaqişədən istifadə edir.

Ssenari 3: Sanksiyaların ağırlığına dözə bilməyən Rusiya güzəştə getməyə məcbur olur. İqtisadi dairələr Putinin kursuna qarşı kəskin etiraz edir. Xüsusən, Çinlə yaradılan antiqərb ittifaq tələyə çevrilir. Rusiyanın inkişaf edən iqtisadi nəhəngdən asılılığı artır və Pekinin əlaltısına çevrilmə təhlükəsi yaranır. Bundan başqa, əhali arasında Rusiya əsgərlərinin Ukraynada ölümünə görə etirazlar çoxalır. Putin separatçıları silahsızlaşdırır, Ukraynanın Avropa Birliyi və NATO-ya qəbuluna o şərtlə razılaşır ki, burada xarici qoşunlar və raket sistemləri yerləşdirilməyəcək. Ukrayna və Rusiya arasında dostluq müqaviləsi ilə sıx iqtisadi münasibətlər nizama salınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm