Kommunist lider: “Sanksiyalar Rusiyanı möhkəmləndirir”
Bizi izləyin

Dünya

Kommunist lider: “Sanksiyalar Rusiyanı möhkəmləndirir”

“Hər sanksiya dalğasından sonra Rusiya daha da möhkəmlənir”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Kommunist partiyasının lideri Gennadi Züqanov çıxış edib.

O, Ukrayna hadisələrinə görə Qərblə Rusiya arasında münasibətlərin pozulduğunu bildirib:

“Tətbiq edilən hər sanksiya dalğasından sonra biz daha da bərkiyərək təcrübə toplayırıq. Biz sanksiyadan qorxmuruq. Ukraynada baş verən hadisələrə görə Rusiya ilə Qərbin münasibəti pozulub. İyulun sonlarından etibarən Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları müəyyən şəxslər və şirkətlərə qarşı sanksiyalardan Rusiya iqtisadiyyatının bütün sektorlarına qarşı mübarizə tədbirlərinə start veriblər”.

Qeyd edək ki, bazar ertəsi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etməyi nəzərdə tutduğu son sanksiyası barədə qərar qəbul ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm