AB Moskva qarşısında geri çəkildi
Bizi izləyin

Dünya

AB Moskva qarşısında geri çəkildi

Avropa Birliyi (AB) Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu təxirə salır.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, AB-nin bütün üzvləri bu barədə yekun razılığa gələ bilməyib.

Məlumata görə, AB-nin 28 üzvünün hər birinin razılıq verəcəyi halda, Rusiyaya qarşı sanksiyalar bu gün qəbul olunmalı idi. AB-dəki diplomatik mənbə “Röyters”ə bildirib ki, bir sıra ölkələr Ukraynada atəşkəs rejiminə əməl olunacağı halda sanksiyaların ləğv etmə imkanlarını müzakirə etmək istəyir.

Xatırladaq ki, bu gün ABŞ-ın “Wall Street Journal” nəşri AB-nin Rusiyaya qarşı mümkün sanksiyaların detallarını açıqlamışdı. Amerika nəşrinin yazdığına görə, yeni sanksiyalar “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərinin Avropa bazarından borc almasını məhdudlaşdırmalı, bu məhdudiyyətlər həmçinin Rusiya Əmanət Bankı, VTB, VEB, “Qazprombank” və Rusiya Kənd Təsərrüfatı Bankına qarşı da tətbiq edilməli idi.

“Wall Street Journal” qeyd etmişdi ki, Kredit resurslarının cəlb edilməsi ilə bağlı məhdudiyyətlər Rusiya müdafiə sənayesinin üç şirkətinə OAK, “Oboronoprom” və “Uralvaqonzavod”a qarşı tətbiq olunacaq. “Avropa şirkətlərinə həmçinin ikiqat təyinatlı texnologiyaların Rusiyanın 9 müdafiə sənayesi müəssisəsinə satışı qadağan ediləcək. Bunların arasında “Sirius”, “Kalaşnikov” və "Stankoinstrument” müəssisələri də var,” – Amerika nəşri yazmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm